Yuxudan duranda alt paltarda rütubət varsa, dəyişmək lazımdırmı?

    15.09.2015
Kimdən: 
Gunahkar bende
Sual: 
Salam .Cox uzr isteyirem vaxtinizi aliram. Amma bir-nece sual meni cox maraqlandirir. Bu barede sizlere muxtelif suallar veribler ama cavab tam aydin olmur mene . Mumkunse asagda qeyd etdiyim suallara deqiq cavab vererdiniz ve mumkunse diger kecid linkleri qoymuyun cunki hamisini oxumusham. Onceden ALLAH razi olsun sizlerden . 1) Yuxudan oyandiqdan sonra (pis yuxu gordukden sonra) hiss eledim ki , alt paltarimda kicik rutubetlik var. cinsiyyet orqanimdan az miqdarda meni ifraz olunub. Bilmek isterdimki eger hemin maye alt paltarima deyibse , alt paltarimi deyiwmeliyemmi ? Birdeki Qusul almaliyam mi yeniden? 2)Yungul ayaqyoluna getdikden sonra Istibra edirem, temizlenib cixdiqdan 4-5 deqiqe sonra 1-2 damci axinti olur(ve ya mene bele hiss gelir (vesvese gelir)) bu halda alt paltarimi deyiwmeliyemmi ?
Cavab: 

Aleykum salam.

  1. Əgər ifraz olunan maye spermadırsa, onda qüsl pozulmuş sayılır. Alt paltara gəldikdə isə əgər başqa paltar varsa, dəyişsəniz daha yaxşıdır, əks halda təmizləyib həmin paltarda namaz qıla bilərsiniz. Aişə (Allah ondan razı olsun) demişdir: "Mən peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) üzərinə məni düşmüş paltarını əlimlə ovxalayardım". (Muslim, 672). Həmçinin oxuyun: Pis yuxulardan necə qorunmaq olar?
  2. Sizdə bu hal vəsvəsə ilə bağlıdır, vəsvəsə ilə mübarizə aparmaq yox, əhəmiyyət verməmək lazımdır. Ümumən isə, ayaqyoluna gedərkən paltara nəcis düşərsə, həmin alt paltarı çıxarmaq və ya bulaşmış yerə su çiləmək lazımdır. Allah Rəsulu "Su yoluna çıxdıqda axıntının kəsilməsinə diqqət edin. Çünki qəbir əzabının çoxu ondandır" - buyuraraq müsəlmanların su yoluna gedərkən istibraya son dərəcə diqqət etmələrini istəmişdir. (Buxari, Vudu, 55/56, Cənəiz, 80, Ədəb, 46/49; Muslim, Taharat, 111; Əbu Dəvud, Taharat, 11; Tirmizi, Tahərat, 53; Nəsəi, Tahərat, 26/116; İbn Məcəh, Tahərat, 26).
Paylaş: