Qadın ərindən icazəsiz öz məhrəmi ilə çölə çıxa bilərmi?
Sual:
Salam aleykum.1)esr namazından evvel və ya sonra hansı nafilə namazın qılmaq olar ?2)qadın erine demeden mehrem biri ilə çölə çıxa bilər?yeni harasa gede bilər?
Cavab:
Və aleykum Salam.
1. Savab baxımından daha çox olan ratibə sünnətlərin içində Əsrdən əvvəl qılınan sünnət namazı yoxdur. Həmçinin Əsrdən sonra da sünnət namazı yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah (gün ərzində) on iki rükət sünnət namazı qılana cənnətdə ev bina edər. Zöhrdən öncə dörd rükət və sonra iki rükət, məğribdən sonra iki rükət, işadan sonra iki rükət və sübhdən öncə iki rükət". (Sunən ət-Tirmizi).
Amma Əsr namazından əvvəl dörd rükət sünnət qılmaq bəyənilən əməllərdəndir. Peyğəmbər demişdir: "Əsr namazından öncə 4 rükət namaz qılana Allah rəhm etsin!" (Tirmizi, 395). Həmçinin oxuyun:
2. Heç bir zərurət və istisna hal olmadan, hətta yanında məhrəmi olsa belə, qadının ərindən icazəsiz evindən çölə çıxması qadağandır. Hətta məscidə getmək üçün belə ərindən icazə almalıdır. Uca Allah buyurur: "Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və s.izi tərtəmiz etmək istəyir". (əl-Əhzab, 33).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Ey qadınlar), ehtiyaclarınızı qarşılayan olmadığı zaman, Allah Təala sizə ehtiyacınızı təmin etməniz üçün (evlərinizdən) çıxmanıza icazə vermişdir". (əl-Buxari, Muslim. ət-Tac: 2/851).
Həmçinin demişdir: "Hansı qadın, ərinin icazəsi olmadan evindən çıxarsa, evinə dönənə, yaxud əri özündən razı olana qədər Allah Təalanın qəzəbi içində qalmış olur". (əd-Deyləmi; Xatib əl-Bağdadi "Muxtarul", səh. 50).
İbn Ömər (Allah ondan razı olsun) demişdir: "Ərin arvadı üzərindəki haqqı: ərindən icazəsiz evdən çıxmamasıdır. Əgər çıxarsa, əri zalım və asi bir kimsə olsa belə, evə dönənə yaxud tövbə edənə qədər Uca Allah və qəzəb mələkləri ona lənət edərlər". (ət-Tayalisi "Muhəddisul-Əhadis", s. 67).
Həmçinin qadın ərinin icazəsi olmadan da evə heç kəsi buraxmamalıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "…Sizin qadınlar üzərində haqqınız, evinizə xoşlamadığınız kimsələri buraxmamasıdır…". (Səhih Sunən İbn Macəh, №: 1501; ət-Tirmizi, 2/315/ №: 1173). Həmçinin oxuyun: