Ərim nə qədər işləsə də, vəziyyətimiz çətindir və əldə edə bilmədiklərimiz üçün üzülürəm...

    31.01.2019
Kimdən: 
Kemale
Sual: 
Salam elkum.Sizleri uzaq xaricden narahat edirem.Ozum qadinam.3 ovladim var.Allah cumlemizin ovladini qarusun.Sualim tamam basqa isle baglidi.Cox hormetli din adamlari...Sizlerin meslehetine ehtiyacim var..Nece illerdir burda yasayiriq.Yoldasim halal insandir.Yeni aldatmaqla,kelekle isi olan bir insan deyil.Namaz qilan biri olub...Indi isindeki bezi imkansizliga gore qila bilmir.Amma cox islemeyine baxmayaraq hemise ehtiyacimiz çox olub .Ozum de yigimcil,azi, yoxu basa dusen bir qadinam.Ovladlarimada vari yoxu basa sala bilmisem.Duzdur tanrima her gunum ucun sukur edirem.Amma yoldasimin cox eziyyet cekib,elde ede bilmediklerine uzulurem.Xahis edirem cavab veresiniz.Bu neden bele olsun axi?
Cavab: 

Və aleykum Salam. Hər kəsin həyatında işlərinin yaxşı və pis getdiyi vaxtlar olur. Bəzən Uca Allah öz hikməti ilə insanların ruzisini azaldır və ya çoxaldır, amma O, heç bir qulunu ruzisiz qoymur. Yoldaşınız Allaha dua edərək çalışmağa davam etsin və ruhdan düşməyin. Çünki Uca Allah ona təvəkkül edərək çalışıb səy göstərənlərə bərəkət verir. Odur ki, sıxıntıların aradan qalxması və ruzinizin artması üçün Allaha çoxlu dua edin və ruzi qazanmaq üçün çalışın. Uca Allah buyurur: "Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən sonra bir çıxış yolu bəxş edər və ona gözləmədiyi yerdən ruzi verər". (ət-Talaq, 2-3). Daha ətraflı:
Ruzinin artması üçün nə etməliyik?
Dualarım qəbul olmur, nə edim? 
Həmçinin Uca Allah sevdiyi qulları həmişə kasıbçılıq, sıxıntı və s. müxtəlif vasitələrlə sınağa çəkər və bu sınaqlara qarşı səbirli olanları sonunda ən gözəl mükafatla müjdələyər və savabını artırar. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver". O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" - deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).
Ona görə də, əldə edə bilmədikləriniz üçün üzülməyin, Allaha hər bir halınız üçün şükr edin və çalışmağa davam edin. Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216).
Namaz qılmamaq isə ən böyük günahlardandır və dualarınızın qəbul olunmamasına səbəblərdən biridir. Ona görə də tezliklə ailənizlə birlikdə namaza başlayın. Həmçinin oxuyun:
Namaz qılmayan Cənnətə girə bilərmi? 
Niyə görə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?
Səbir edənlərə müjdə ver!

Teqlər: 
Paylaş: