Nə üçün türklər namazda başqa dualar oxuyurlar?

    20.02.2019
Kimdən: 
Sual: 
Salam.xahis edirem bu sualimi cavablandirasiz.turkler namazda basqa dualar oxuyur.salamlari tesehhud deye oxuyurlar. Niye beledir.
Cavab: 

Və aleykum Salam. Dünyanın müxtəlif yerlərində millətlər namazı müəyyən qədər fərqli qılırlar, amma nümunə götürülməli olan namaz  Allah Rəsulunun (Allahın Ona salavatı və salamı olsun) qıldığı namazdır. O, səhabələrinə belə demişdir: "Mənim necə namaz qıldığımı gö­rür­­­­­­­­sünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631).  Uca Allah buyurur: "De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).
"Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qə­­rarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür". (əl-Əhzab, 36).
Hər bir müsəlmanın dini kimdən öyrənməsinə diqqət yetirməsi çox vacibdir. Muhəmməd ibn Sirin, Dahhak, İmam Malik (Allah onlara rəhmət etsin) və bir çox məşhur alimlər belə demişlər: "Həqiqətən, bu biliklər – dindir, elə isə baxın, dininizi kimdən götürürsünüz". (Səhih Muslim 1/23). 
Odur ki, Allahın dini haqqında danışan hər bir şəxs yalnız mötəbər mənbələrdən - Quran və səhih hədislərdən dəlillər gətirməli və bu dəlilləri Peyğəmbər (salləllahu aleyhi və səlləm) və səhabələr başa düşüb izah etdikləri kimi izah etməli, özündən yeni, əlavə mənalar çıxarmamalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) özünün qıldığı və insanlara buyurduğu namaz barəsində səhih hədislərdə bizə bildirmişdir.
Hər bir müsəlman Peyğəmbərin (salləlahu aleyhi və səlləm) buyurduğu şəkildə ibadətləri yerinə yetirməli, sonradan dinə salınan bidətlərdən uzaq durmağa çalışmalıdır. Daha ətraflı:
Namaz qılmaq qaydası - VİDEO
Peyğəmbərin namaz qıldığı kimi qılmayanın namazı qəbul olacaqmı?

Paylaş: