And içməyə görə kəffarə - əl-Maidə surəsi 89 - cu ayə
“Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bəziləri ailəsini yemək-içməklə təmin etməkdə həddindən artıq əliaçıqlıq edir, bəziləri isə bu işdə xəsislik göstərirdilər. Uca Allah da bu ayəni nazil etdi: “Ailənizə yedirtdiyinizin orta hesabı...” (əl-Maidə, 89)”.
İbn Macə, 2113; əl-Qurtubi “Təfsir” 6/276; əş-Şəukani “Fəthul-Qadir” 2/353. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.