Mənasız sual vermək haqda - əl-Maidə surəsi 101 - ci ayə

    19.12.2018
 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِنْ تَسْأَلُوا عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللَّهُ عَنْهَا وَاللَّهُ غَفُورٌ حَلِيمٌ

 
“Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağışlayandır, Rəhmlidir
 

 
 
 
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ بَلَغَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَصْحَابِهِ شَيْءٌ فَخَطَبَ فَقَالَ عُرِضَتْ عَلَيَّ الْجَنَّةُ وَالنَّارُ فَلَمْ أَرَ كَالْيَوْمِ فِي الْخَيْرِ وَالشَّرِّ وَلَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلًا وَلَبَكَيْتُمْ كَثِيرًا قَالَ فَمَا أَتَى عَلَى أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمٌ أَشَدُّ مِنْهُ قَالَ غَطَّوْا رُءُوسَهُمْ وَلَهُمْ خَنِينٌ قَالَ فَقَامَ عُمَرُ فَقَالَ رَضِينَا بِاللَّهِ رَبًّا وَبِالْإِسْلَامِ دِينًا وَبِمُحَمَّدٍ نَبِيًّا قَالَ فَقَامَ ذَاكَ الرَّجُلُ فَقَالَ مَنْ أَبِي قَالَ أَبُوكَ فُلَانٌ فَنَزَلَتْ {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ}

 
Rəvayət edilir ki, Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: “Allah Elçisinə - sallallahu aleyhi və səlləm - səhabələri haqda bir xəbər çatdı. O da xütbə verərək belə buyurdu: “Cənnət və Cəhənnəm mənə göstərildi. Bugünkü gündəki kimi xeyir və şər olduğunu görmədim. Mənim bildiyimi bilsəniz, az gülüb, çox ağlayardınız”. Allah Elşisinin - sallallahu aleyhi və səlləm - səhabələri üçün o gündən ağır bir gün gəlmədi. Başlarını örtmüşdülər və onların iniltiləri eşidilirdi. Ömər qalxaraq belə dedi: “Allahdan Rəbb, İslamdan din, Muhəmmədən Peyğəmbər olaraq razıyıq”. Bir kişi qalxaraq: “Atam kim idi?”- deyə soruşdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm: “Atan filankəsdir”- deyə cavab verdi və bu ayə nazil oldu: “Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın” (əl-Maidə, 101)”.
 
Muslim, 4351, 6268; ən-Nəsai “Sunənul-Kubra” 11089.
 

عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : خَطَبَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، كَتَبَ اللَّهُ عَلَيْكُمُ الْحَجَّ . فَقَامَ مِحْصَنٌ الأَسَدِيُّ فَقَالَ : أَفِي كُلِّ عَامٍ يَا رَسُولَ اللَّهِ ؟ فَقَالَ : أَمَا إِنِّي لَوْ قُلْتُ نَعَمْ لَوَجَبَتْ ، وَلَوْ وَجَبَتْ ثُمَّ تَرَكْتُمْ لَضَلَلْتُمْ . اسْكُتُوا عَنِّي مَا سَكَتُّ عَنْكُمْ ، فَإِنَّمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ بِسُؤَالِهِمْ وَاخْتِلاَفِهِمْ عَلَى أَنْبِيَائِهِمْ فَأَنْزَلَ اللَّهُ تَعَالَى : {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لاَ تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ} إِلَى آخِرِ الآيَةِ.

 
Rəvayət edilir ki, Muhəmməd ibn Ziyad demişdir: “Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyini eşitdim: “Allah Elçisi – sallallahu aleyhi və səlləm - bizə xütbə verib dedi: “Ey insanlar! Allah sizə həcc etməyi vacib buyurmuşdur!” Mihsan əl-Əsədi ayağa qalxıb dedi: “Ey Allahın elçisi! Hər il?” O dedi: “Əgər mən bəli desəm, hər il həcc etmək sizə vacib olacaq. Vacib olduqdan sonra onu tərk etsəniz, yolunuzu azacaqsınız. Elə isə susun və sizə əmr etmədiyim bir şeyin hökmü barəsində məndən heç nə soruş­mayın. Həqiqətən sizdən əv­vəlki ümmətləri yersiz sual verməkləri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi!” Bu zaman Uca Allah bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın” (əl-Maidə, 101)”.
 
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 12805, 12856. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.
 
İbn Həcər (Allah ona rəhm etsin) demiş­dir: “Bu ayənin (yuxarıda qeyd olunan) səbəblərin hər birinə görə nazil olmasında heç bir zid­diyyət yoxdur. Daha doğrusunu isə Allah bilir!”  Sonra isə demişdir: “Nəticə budur ki, bu ayə ya Peyğəmbərə - sallallahu aleyhi və səlləm - istehza etmək, onu sınağa çəkmək məq­sədilə verilən suallara, ya da dini hökmü çətinləşdir­mək üçün soruşulanlara etiraz olaraq nazil olmuşdur. Çünki (öy­rənmək məqsədilə) artıq sual verilmədikdə, hökm “mübah” olaraq qa­lır”.
 
İbn Həcər “Fəthul-Bari” 9/351-352.