Lombarda borcu olan şəxs qurban kəsə bilərmi?

    12.03.2019
Kimdən: 
Sona
Sual: 
Lambarda borcu opan insan ehd Qurbani kese bilermi birde Qurban harda deyilibse ordami kesilmelidi yoxsa evde kesmey olarmi.
Cavab: 
Və aleykum Salam. Kreditə borc götürmək haramdır, borcunuzu ödədikdən sonra tövbə edərək bir daha bu əmələ qayıtmayın. "Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi. (Muslim, 4177).
Uca Allah buyurur: "Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın.  Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar". (əl-Bəqərə, 278-279).
İslamda nəzir demək bəyənilmir. Lakin, nəzir deyilərsə, hansı yerə borcu olmasından asılı olmayaraq imkanı varsa, nəzirini yerinə yetirməlidir. Hətta imkanı olmazsa belə, imkanı yaranana qədər dediyi nəzirin vacibliyi onun boynundan düşməz. Həmçinin əhd, nəzir qismində dediyi Qurbanı pirlər kimi günah, şirk olmayan yerdə kəsəcəyini deyisbə, həmin yerdə də kəsməlidir. Əks təqdirdə isə bu, icazəli deyildir. İmkan ola-ola əhdi yerinə yetirməmək yaxşı hal deyil. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın". (əl-Buxari, 6696).
Həmçinin, Uca Allah buyurur: "Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar". (əl-İnsan, 7).
"...Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 24).
"Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır". (əs-Saff, 2-3). 

Nəzir etdiyiniz əməli yerinə yetirə bilmədiyiniz halda isə andın kəffarəsi kimi kəffarə verməlisiniz. Daha ətraflı:
İslam fiqhi: Nəzir və and bölümü
Niyyət edib qurban kəsmək olarmı?

Pir üçün deyilmiş qurbanı evdə kəsmək olarmı?
Andın kəffarəsi

Teqlər: 
Paylaş: