Sevgilim mənə görə andını pozub, onun başına müsibət gəlməməsi üçün nə edim?

    13.03.2019
Sual: 
Sevgilim.mene gore andini pozub andini pozdugu ucun ona nese olmasn deye men ne ede bilerem
Cavab: 
Salam aleykum. Sevgi yalnız ailə qurmaq niyyəti ilə olmalıdır. Ailə qurmaq məqsədilə olmayan sevgi insanı həlakedici günah olan zinaya və Cəhənnəm əzabına apara bilər. Ona görə də, sevgilinizdən sizə elçi göndərərək evlilik təklif etməsini tələb etməli, əks halda isə ünsiyyətdən çəkinməlisiniz. Evlənənə qədər edilən günahlara görə də səmimi qəlbdən tövbə etmək və başda namaz olmaqla çoxlu xeyirli əməllər etmək lazımdır. Andını pozmağa gəldikdə isə, bunu edən şəxs and kəffarəsi verməlidir. And içib sonra onun pozmağın kəffarəsi haqqında Uca Allah buyurur: "Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. (Kəffarə vermək üçün bir şey) tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 89).
Qeyd edək ki, buraya yalnız məcburiyyət qarşısında andı pozmaq halı aiddir. Qəsdən yalandan and içmək böyük günahdır və kəffarəsi yoxdur. Bunu edən tövbə edərək Allahdan bağışlanma diləməli, xeyirli əməllər etməli və bir daha buna qayıtmamalıdır. Daha ətraflı:
Sevib, sevilmək barədə
Zina, ona aparan yollar və ondan necə qurtulmaq haqqında
Andını pozan nə etməlidir?
Teqlər: 
Paylaş: