"Bəxti bağlamaq" cadusunu batil etmək üçün suya sirkə qataraq qüsl almaq olarmı?

    13.03.2019
Sual: 
Salam Menim 28yashim var bu vaxta qeder cox elcilerim olub amma hec kime he deye bilmirem .hele menim 20yashim olanda yoldan kecen bir qadin(sonradan falci oldugnu bildim) mene bextimi baglatdiqlarini dedi . Tebii ki ehemiyyet vermedim .iller sonra ishlediyim yerde ish yoldashimda mene bagli oldugmu dedi. Cadunu batil etmek ucun Alma sirkesi uzum sirkesi ve gulab suyunu suya qatib qusl etmeyi ve hem suyu bar agacinin dibine atmagi dedi .men namaz qildigum ucun bele sheyleri etmeye qorxdugmu gunaha batmaq istemediymi dedim.oda mene narahat olma sen ozunu mundarlamirsanki .bir sozle onun dediyi kimi etdim ama cox qorxa qorxa. Bilmek istiyirem men gunahmi etdim?
Cavab: 

Və aleykum Salam. Cadunu batil etmək üçün Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) bildirdiyi yolların içində siz dediyiniz şey yoxdur. Cadu edilmiş şəxs çoxlu dua edərək Allahdan kömək diləməli, namaz və digər vacib əməlləri yerinə yetirməli və günahlardan çəkinməyə çalışmalıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153).
Allahı çox zikr etmək, hər gün bir neçə saat Quran oxunuşunu dinləmək, Qurandan ruqyə ayələrini oxumaq və ya oxutdurmaq və zikləri etmək cadunun batil edilməsi üçün yollara aiddir. "Bəxti bağlanmaq" məsələsi şeytanın vəsvəsəsi nəticəsində sizə evlənmə təklifi edənlərdən heç kimi bəyənməmək və ya əvvəl bəyənib, sonra imtina etmək halları ola bilər. Ona görə də dinimizdə buyurulan qaydada şeytanın vəsvəsəsindən qorunmağa çalışın. Daha ətraflı:
Cadudan necə qorunmaq olar?
Cadunu batil etmək üçün çimərkən özünü murdarlamaq düzgündür?
Allah insanın bəxtini bağlayırmı? 
Dualarım qəbul olmur, nə edim?​​​

Teqlər: 
Paylaş: