Mən namaz qılmaq istəyirəm, amma davamlı olmamasından qorxuram

    23.03.2014
Sual: 
Salam aleykum. Men namaz qılmaq isteyirem, amma qorxuram ki, sonradan qılıb atım!..
Cavab: 

Aleykum salam. Hər bir namaza başlamaq istəyən kəs bu həyəcanı keçirir. Bu özü yaxşı bir haldır. Unutmayın ki, siz hər şeyi bilən və hər şeydən xəbərdar olan Uca Allaha ibadət etməyə başlamaq istəyirsiniz. Uca Allah Qurani Kərimdə insanı daima Özünə tərəf gəlməyə səsləyir və Onun çağırışını qəbul edənlərə öz qayğısını və mərhəmətini göstərəcəyini vəd edir. Uca Allah bu dünyada hər kəsə yardım edir, lakin İslamı qəbul etmək, namaz qılmaq, Ona üz tutmaq istəyən hər kəsə xüsusi yardım edir. İnşallah siz bunun şahidi olacaqsınız. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanın­da yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxın­laşaram. O, Mənə doğru yeri­yərək gəlsə, Mən ona doğ­ru yüyürərək gələrəm". (əl-Buxari, 6856). Daha ətraflı: Namaz ən fəzilətli ibadətdir!

 

Teqlər: 
Paylaş: