İçkinin təsiri keçəndən sonra qüsl almadan Qurana əl vurmaq olarmı?

    25.02.2019
Sual: 
Ickinin tesiri kecende sonra 1 gun sonra Qusul almasaq Qurana el vurmaq olar?
Cavab: 

Salam aleykum. Uca Allah spritli içkiləri içməyi haram etmişdir: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).
İçki içmək böyük günah olsa da, qüslu pozan hallardan deyil. Ümumən isə qüslsuz halda Qurana toxunmaq olmaz. Amma heyzli qadın əzbərdən və ya telefondan oxuya bilər. Həmçinin oxuyun:
İçki içməyin günahı 
Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Paylaş: