Telefonda danışdığım qızdan mənə şəklini göndərməsini istəyə bilərəmmi?

    06.05.2019
Kimdən: 
Orxan
Sual: 
Men hardasa 9 aydi Hicabli bir qiznan danisiram. Fikirim ciddidir onunla. Deyirem ki,sekilini at seni gorum. Cavabinda deyir ki yoo sekil gunahdi olmaz ata bilmerem. Sizde bu duzgun yanasmadi? Yani sekil ata biler mene ya yox?
Cavab: 
Salam aleykum. Sizə naməhrəm olan qızla bu cür ünsiyyətdə olmanız günahdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165). Siz həmin qıza işə, dərsə və s. gedərkən kənardan baxa bilərsiniz. Xoşunuza gəlsə qızın böyüklərindən icazə alaraq, onların olduğu bir yerdə kənara çəkilərək söhbət etmək olar. Bu cür görüş bir neçə dəfə ola bilər. Bundan sonra isə qərara gələrək ya qıza evlilik təklifi edilməli, ya da münasibətə son qoyulmalıdır, çünki bu cür münasibət Cəhənnəm əzabına səbəb olacaq zinaya apara bilər. Daha ətraflı:
Paylaş: