Xaricdə yaşayan ailə kreditlə mənzil ala bilərmi?

    19.03.2019
Kimdən: 
Dr
Sual: 
Salam aleykum. Biz xarici olkede yawayiriq ve ozumuze ev almaq isteyirik. Amma bunun ucun kredit goturmek lazimdi. Yerli bankin kredit faizi teqribi 1.6%dir. Burda islam banki da var oradan da goture bilerik. Amma islam bankindan kredit gotursek biz faizli banka nisbeten 25.000ne qeder daha cox pulu geri qaytarmaliyiq. Yeni ki islam banki daha baha bawa gelir. Sualim odur ki biz awagi faizli bankdan kredit goture bilerikmi? Ewitmiwdim ki bele awagi faiz olduqda goturmek olar iwcilerin emek haqqi kimi. Onceden tewekkurler
Cavab: 

Və aleykum Salam. Faizin miqdarından asılı olmayaraq istənilən halda faizli kredit götürmək böyük günahdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi. (Səhih Muslim, 4177).
Əgər qeyd etdiyiniz islam bankı faizsiz kredit verirsə və orada Allahın dininə zidd əməllər yoxdursa, faizli kredit alaraq günaha düşməkdənsə, hətta baha başa gəslə belə, islam bankından faizsiz kredit götürərək mənzil almanız daha yaxşıdır. Əgər həmin islam bankı digər banklar kimi faizlə və ya şəriətə zidd qaydalar əsasında kredit verərsə, bu zaman adının islam bankı olmasına baxmayaraq, oradan da kredit götürmək olmaz. Həmçinin oxuyun: 
Kredit götürmək hansı hallarda günah deyil?
Başqa yol yoxdursa, ipoteka ilə mənzil almaq günahdırmı?

Teqlər: 
Paylaş: