Dəstəmaz alanda səhvə yol verirəm və namazı vərəqə baxıb qılıram. Bunlar günah sayılırmı?

    24.03.2014
Kimdən: 
Xanım Mirzəli
Sual: 
Sizlərə və senet yoldashlariniza Allahın salamı olsun. Efendim menim 13 yashim var. Namazi oyrenmeye daim can atiram ve internetden namazi hisse-hisse oyrenirem. Destemazi ozumu yoxlamaq uchun aliram, amma arada sehv buraxiram. Bes bu gunah sayilirmi? Men esasen namazi kagiza baxib oxuyuram bu gunahdir? Allah bunu gunah sayir? Allah xetrine mene cavab yazin. Bu mene chox vacibdir. Siz bunu oz dilinizle yaza bilersiniz xahiş edirem. Indiden teshekkur edirem. Salamatla qalın.
Cavab: 

Aleykuma salam. Yeni öyrənən üçün belə səhvlər etmək inşallah günah deyildir. Dəstəmazı və namazı tam öyrənənə qədər bilmədən nə səhv etsəniz, sizə günah yazılmır. Namazın sözlərini tam öyrənib qurtarana qədər kağızdan oxuya bilərsiniz, bunda heç bir problem yoxdur.

Paylaş: