Övladım olmadığı üçün ərim və ailəsi məni alçaldaraq təhqir edirlər...
Sual:
Ovladim olmur deye yoldasim ve ailesi terefinnen cox alcaliram.yarimcig bele deyibler.calisiram sebr edem.yoldasim dindar adamdi.ozu meni bosamir.amma elinnen gelen zulmu edir ki ,em bowanim erzemi yazim.bele halda neynemeliyem.? Sebrim de qalmayib.peygemberimiz deyib ovlad sahibi ola biken qadinlarla evlenin. Menim ovladim olmur deye mene qarwi olunan zulm gunah deyil? Ve meni ovladim olmadigina gore bowamag olar?
Cavab:
Salam aleykum. Ailə qurmaqda əsas məqsədlərdən biri övlad sahibi olmaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanları çoxlu övlad sahibi olmağa təşviq edərək belə demişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin. Qiyamət günü mən sizin sayınızın çoxluğu ilə peyğəmbərlərdən üstün olacağam, fəxr edəcəyəm". (İmam Əhməd; ət-Tabərani; İbn Hibban; Abdurrazzəq və digərləri).
Odur ki, istər kişilərdə istərsə də qadınlarda sonsuzluğun olması evliliyi bitirə biləcək səbəblərdən hesab edilir. Evlilikdə uşağın tələb edilməsi həm kişinin həm də qadının haqqıdır və onları bu haqdan məhrum etmək olmaz. Lakin, məhz bu məsələni əsas gətirərək kişinin xanımına zülm etməsi, onunla pis davranması, qadın boşanmaq istəmədiyi halda kişinin ona zülm edərək ondan boşanma tələb etməyə məcbur etməsi də günahdır və qadına qarşı böyük haqsızlıqdır. Çünki övladın olub-olmaması Allahın bir qədəridir. Uca Allah buyurur: "Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir". (əş-Şura, 49-50).
Belə halda hər iki tərəf tələsməməli, səbirli olmalı, Allahdan ümidlərini üzməməli, Allaha dua edərək Ondan əməli-saleh övlad istəməli, övladın olması üçün bütün lazımi müalicələri etməlidirlər. Həmçinin duanın qəbul olan vaxtlarında, namazlarda və gecə namazlarında israrla Allaha dua etməli və ruhdan düşməməlidirlər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Səhih Muslim, 2736). Həmçinin oxuyun: