Qurban bayramında qurban kəsməyərək pulla sədəqə vermək olarmı?
Salam aleykum. Qurbanlıq, məhz qurban bayramı və təşriq (zülhiccə ayının 11, 12 və 13-cü) günlərində Allaha ibadət olaraq kəsilən ev heyvanlarıdır. Ona görə də qurbanlıqda şəriətdə icazə verilən heyvanlardan qurban kəsmək əvəzinə eyni miqdarda kasıblara pul ilə yardım etmək buyurulmayıb. Uca Allah qurbanlıq üçün icazə verilən heyvanların məhz qurban kəsilməsini buyurub: "Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!" (əl-Kövsər, 2).
"Onlarda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim evin (Kəbənin) yaxınlığındadır. Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər ... Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz. Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ!" (əl-Həcc, 33-37).
"Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq (verin). Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı (xəstəlikdən) əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin olduğunuz təqdirdə ümrəni (bitirib) həccə qədər (qadağan olunanlardan) istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. (Qurbanlıq) tapmayanlar isə həcc əsnasında üç gün və (vətəninə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir". (əl-Bəqərə, 196).
Ayələrdən göründüyü kimi Uca Allaha müsəlmanlara məhz qurbanlıq günlərində müəyyən hevyanlardan qurban kəsməyi buyurub. Ancaq qurbanlıq günləri xaric digər vaxtlarda kasıblara sədəqə qismində pul və ya ərzaq ilə kömək etmək olar və bu, savabı böyük olan əməllərdəndir. Həmçinin oxuyun:
İslam fiqhi: QURBANLIQ bölümü
Qurban deyib sonra əvəzində pulla sədəqə vermək olarmı?