Tövbə etdikdən sonra tövbəni pozan şəxsə zərər dəyə bilərmi?

    28.04.2019
Kimdən: 
Deniz
Sual: 
salam.men gunah etmiwdim ve ondan sonra tovbe etdim amma yenede tovbemi pozaraq gunah iwletdim men indi tovbe etsem mumkunmu sonra etdiyim gunaha gore zereri olmazmi sizce cunki pozmuwam tovbemi
Cavab: 
Və aleykum Salam. Dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək və günahdan çəkinməyə çalışmaq lazımdır. "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153).

"Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir". (əl-Ənam, 54).

Bəndə Uca Allaha qarşı nə qədər itaətkar olarsa, Uca Allah da onu o qədər nəfsinin şərindən və şeytanın vəsvəsəsindən qoruyar: "Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər". (ət-Talaq, 2).

Ona görə də çoxlu dua etmək, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bizə buyurduğu zikrləri çox etmək (buraya daxildir: namazdan sonrakı zikrlər, səhər və axşam zikrləri, evə girərkən və evdən çıxarkən edilən zikrlər, yatmazdan qabaq zikrlər, yeməkdən qabaq zikrlər və s. Müsəlmanın qalası kitabçasındakı zikrlər), namaz qılmaq, mömin insanlarla oturub durmaq, məscidə getmək və s. xeyirli əməlləri çoxaltmaq lazımdır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
Həmçinin günaha aparan əməllərdən və insanlardan uzaq durmaq lazımdır. Ümumən hər hansı bir günaha görə insana zərər dəyə bilər, Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır". (əş-Şura, 30).  Daha ətraflı:
Paylaş: