Abu Hanzalaya qulaq asmaq olarmı?

    30.07.2019
Kimdən: 
Muvahhid
Sual: 
Abu Hanzalaya qulaq asmaq olarmı? Ona bezileri tekfirçi deyir bu ne derecede doğrudur
Cavab: 

Salam aleykum. Sosial şəbəkələrdə Əbu Hanzala kimi tanınan şəxs təkfirçi və xavaricdir. Bu şəxs böyük islam alimlərinə dil uzadır və bəzilərini təkfir edir (kafir görür). Həmçinin, müsəlman ölkələrinin rəhbərlərini təkfir edir və bu fikirlərlə razılaşmayan hər kəsi müsəlman saymır. Bu isə xəvariclərin mövqeyidir. Hətta müsəlmanların qibləsi olan Məkkə şəhərinin və Peyğəmbər məscidinin imamlarını kafir sayır və bu ərazilərin kafirlərin əlində olduğunu iddia edir. Sözsüz ki, bu, xəvaric əqidəsidir. Bu səbəbdən Əbu Hanzala adlanan "dəvətçiyə" qulaq asmaq olmaz. Onun emosianal və bəlağətli çıxışlarına aldanmaq olmaz. Ola bilər ki, müəyyən məsələlərdə şəriətə müvafiq olsun, lakin bu onun düz yolda olması demək deyil. Alimlərə dil uzatması, Türkiyə, Səudiyyə Ərəbistanı və s. bu kimi müsəlman ölkələrin hakimlərini kafir görməsi yetər ki, bu insan xəvaricdir. Müsəlman gərək dinini salamat və sağlam fikirli insanlardan öyrənsin. Əks halda özü də bilmədən yolunu aza, imanda şübhəyə və ya zəlalətə düşə bilər. İmam Muslim "Səhih" əsərində Muhəmməd ibn Sirindən rəvayət edir ki, o demişdir: "Həqiqətən bu elm dindir və dininizi kimlərdən götürdüyünüzə diqqət edin". Başqa bir rəvayətdə iki xəvaric Muhəmməd ibn Sirinin yanına daxil olub deyirlər: "Ey Əbu Bəkr, sənə Allahın Kitabından bir ayə demək istəyirik" İbn Sirin qulaqlarını tutub deyir: "Xeyr, ya siz çıxıb gedəcəksiniz, ya da mən durub çıxacam" Onlar israr edirlər, İbn Sirin də israr edir. Nəhayət onlar çıxıb getdikdən sonra yanındakılardan biri deyir: "Ey Əbu Bəkr, niyə qoymadın Allahın Kitabından bir ayəni desinlər?" İbn Sirin dedi: "Qorxdum ki, onlar ayənin mənasını təhrif edərlər və bu da qəlbimə şəkk salar" (əd-Darimi). Həmçinin oxuyun:

Cahillik üzrlüdürmü?

Teqlər: 
Paylaş: