Tövbə surəsinin son ayəsinin oxunuşu necədir?

    28.04.2019
Kimdən: 
namiq
Sual: 
Salam aleykum.tövbə surəsinin axırıncı ayəsinin transkripsiyasını yazardın.Allah razı olsun
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Fəİn təvəllov fəQul həsbiyəllahu lə iləhə illə huvə aleyhi təvəkkəltu və huvə Rabbul-arşil-aziim - 
فَإِن تَوَلَّوۡاْ فَقُلۡ حَسۡبِيَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَهُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ
Əgər onlar üz döndərsələr, de: "Mənə Allah yetər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!" (ət-Tövbə, 129).
Amma bəzi ərəb hərflərinin azərbaycanca qarşılığı olmadığı üçün bu transkripsiyanın düzgün olmadığını bilməlisiniz. Ona görə də vaxt ayıraraq ərəbcə oxumağı öyrənin.  Həmçinin oxuyun:
Paylaş: