Pirə gedərək zəncirin üstünə yaylıq atmaq barədə...

    13.05.2019
Sual: 
Beyləqanda peyğəmbər deyilən bir ziyarətgah var. Orada bir zəncir var o zəncirə yaylıq atırlar. Həmin zəncir də yaylığı silkələyir əgər yaylığ yerə düşsə arzun yerinə yetmir. Amma əgər yerə düşməsə yerinə yetir. Zəncirə yaylığ atan kimi başlayır öz özünə silkələnməyə. Bilmək istəyirəm o niyə öz özünə silkələnir. 2 mən özüm özümlə kiminsə qeybətini edə bilərəm? əxlaqsız insanlar var ki., mən onları görəndə əsəbləşirəm başlıyıram onların haqqında öz ürəyimdə pis sözlər danışmağa bu günahdır ? 3 müşrik hindlilərin qeybətin etmək olar? 4 hind kino və ser seriallarına və hind mahnılarına qulaq asmaq olar? Baxmaq olar? Axı onlar Allaha şərik qoşurlar. Ona görə qorxuram günah olar.
Cavab: 

Salam aleykum.

1. Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Niyyət tutaraq ələ ip bağlamaq, pirlərə gedib zəncirə yaylıq atmaq və s. bu kimi şeylər xurafatdır. Bu məsələlərdə insanın Allahdan qeyrisinə müraciəti var. Bu isə ən böyük günah olan - Allaha şərik qoşmaqdır. Bunlar Allahdan gələn nişanələr deyil. Əksinə, şeytana tabe olmağın nəticəsidir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır. Bu isə günahların ən böyüyüdür və əbədi Cəhənnəm əzabına aparır. Həmçinin belə yerlərdə şeytanlar çox olar və cahil insanları haqdan yoldan azdırıb inanclarını daha da o ziyarətgahlara bağlamaq üçün onlara qeyri-adi görünən bir çox hadisələri törədərlər. Qeyd etdiyiniz yerdə üzərinə yaylıq atılan zəncirin öz-özünə tərpənməsi hadisəsi də böyük ehtimalla şeytanların vasitəsilə baş verən hadisələrdən biridir. Ən doğrusunu Allah bilir. Həmçinin, arzusunun həyata keçməsini istəyən yalnız Allaha dua etməli, və duasının qəbul olması üçün çoxlu xeyirli əməllər etməlidir. Bu cavabları oxuyun:
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
Dualarım qəbul olmur, nə edim? 
2. İnsanın öz-özlüyündə kiminsə barədə pis fikirləşməsi, danışması qeybət sayılmır. Qeybət böyük günahlardan olub bir və ya bir neçə şəxsin müsəlman qardaşının iştirakı olmadan onun haqqında xoşuna gəlmədiyi şeyləri hərəkət, işarə, yazı və ya qeybət edənin məqsədini çatdıran hər bir yolla danışmasıdır. Allahın Rəsulu (salləlahu aleyhi və səlləm) qeybəti belə izah etmişdir: "Qeybət nədir, bilirsinizmi?". Səhabələr (Allah onlardan razı olsun) cavab verdi: "Ən yaxşısını Allah və Rəsulu bilər". Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: "Qardaşınızın xoşuna gəlmədiyi şeyi söyləməkdir". Səhabələrdən (Allah onardan razı olsun) biri sual etdi: "Əgər söylədiklərim onda varsa necə?" Allahın Rəsulu "Əgər söylədiklərin onda varsa qeybət etmiş olursan, əgər yoxdursa onda ona iftira (böhtan) etmiş olursan" cavabını verdi". (Səhih Muslim, №: 2589).
Qeyri müsəlmanlar barədə qeybət etməyə gəldikdə isə innsanların şəxsi vəsfləri, keyfiyyətləri barədə yox, kimliyindən asılı olmayaraq ümumən açıq-aydın, heç kəsdən gizlətmədən günah, küfr və şirk əməllər edənlərin qeybətini etmək icazəlidir. Həsən əl-Basridən (Allah ondan razı olsun) günah işlər görüb, onu insanlardan gizlətməyən kəslər haqqında soruşduqda o: "Yox, qeybət deyil. Çünki onun hörməti yoxdur"– deyə cavab vermişdir. Daha ətraflı:
Qeybət etmək haqqında
Əxlaqsız adamların arxasınca danışmaq qeybətdirmi?
Bir insan haqqında kiməsə şikayət etmək olarmı?

3. Növündən asılı olmayaraq mahnıya qulaq asmaq da günahdır. Həmçinin oxuyun:
İslam dininə aid olmayan film və seriallara baxmaq icazəlidirmi?
Musiqiyə qulaq asmaq və rəqs etmək olarmı?

Paylaş: