İnkişafdan qalmış uşağı abort etdirdikdən sonra qanaxma səbəbilə namazlara fasilə verilirmi?

    28.04.2019
Sual: 
Salam menim size bir sualım var önceden sualım üçün üzür istiyirem men hamileydim inkişafdan qalmışdı deyen meni abort elediler bilmek isteyerdim menim namazlarım qezeya düsubmu? indi qan kesilib amma arada sarı ve kahve rengi axındı gelir o namaza mane olarmı?
Cavab: 

Və aleykum Salam. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman axan qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər oruc tutulmur və namaz qılınmır. Nifasın (doğuşdan sonra axan qan) -- ən uzun müddəti qırx gün olur, bundan sonra namaz qılınmalıdır. Əgər bu hal 81 gündən tez baş veribsə, gələn qan nifas qanı sayılmır və belə halda dəstəmaz alıb namazları qılmaq lazımdır. Əgər bu müddət ərzində də bilmədən namazları saxlamısınızsa, onları indi qəzasını qılmağa ehtiyac yoxdur. Daha ətraflı:
Abortdan sonra qan kəsilib sonra yenə gəlsə namaz qılınmalıdırmı?
Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı?

Teqlər: 
Paylaş: