Allah sözünün mənası nədir?
Sual:
Allah sozunuz menasi
Cavab:
Salam aleykum. الله - Allah sözü ərəb sözüdür və "əl" ilə "ilah" sözünün birləşməsindən əmələ gəlib. Burada "əl" ərəb dilində müəyyənlik artiklı, "ilah" isə "məbud, tanrı, ibadət olunan" deməkdir. "Əl" və "ilah" sözləri birləşdikdə isə "müəyyən, konkret bir tanrı" mənasını verir. Yəni, "ilah" sözü "hər hansı, qeyri-müəyyən tanrı" mənasını verirsə, "Allah" bunun əksinə müəyyən, konkret bir ilah, aləmlərin rəbbi olan Allahı bildirir. Həmçinin oxuyun: