Sübh namazını bilməyərəkdən vaxtından əvvəl qılmışam, nə edim?

    28.04.2019
Sual: 
Salam aleykum. Men namaza yeni başlamışam. Alhamdulillah.. Sübh namazını bilmeden texmini azandan 10deqiqe tez qılmışam. Buda saatın sehv bilinmesi ile elaqedar olub. Yaşadığım erazidede azanın sesi eşidilmir. Bilmek isterdim bu günahdırmı ve ya namazım batil olubmu? Ne etmeliyem? Önceden teşekkür edirem.
Cavab: 

Və aleykum Salam. Əvvəla sizi namaza başlamanız münasibətilə təbrik edirik və Allaha dua edirik ki, namaz və xeyirli əməlləriniz sayəsində günahlarınızı bağışlasın və sizi Cənnətə daxil etsin! Namazı vaxtından əvvəl qılmaq olmaz və belə halda qılınan namaz batildir və namazın vaxtı girdikdən sonra yenidən qılmalısınız. Əgər vaxt baxımından namazın vaxtı girib, lakin azan hələ verilməyibsə, bu zaman qıldığınız namaz batil sayılmır.  Bunun günah olmasına məsələsinə gəldikdə isə, dinimizə görə bilmədən xəta etmək üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Həmçinin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari "Hudud" 22; "Talaq", II; Əbu Davud "Hudud" 17; ət-Tirmizi "Hudud" 1; İbn Məcəh "Talaq" 15-16, №: 2043). Həmçinin oxuyun:
Namazı bilməyərəkdən vaxtından qabaq qılan nə etməlidir?

Teqlər: 
Paylaş: