Elə belə fala baxmaq günahdırmı?
Sual:
Salam aleykum. Elə-bele fala baxmaq gunahdir? Meselen nishan uzuyu ile baxmaq ve yaxud bashqa sheylerle? Men bilirem ki, fala baxsamda, baxdirsamda ve ya baxdirmasam bele, men ona inanan deyilem. Sadece ele bele maraq uchun. Yene de gunaha batmisham sayilirammi?
Cavab:
Aleykum salam. Fala baxmaq və ya baxdırmaq küfrdür. Dinimiz onların yanına getməyin və dediklərinə inanmağın küfr olduğunu bəyan etmişdir. Rəsulullah (salləllahu aleyhi va səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399). Daha ətraflı buradan oxuyun:
Fala baxmaq günahdır?
Ovsun nədir?