Keçmişdə valideynləri övladın qeydinə qalmadıqları üçün o da onlara qarşı laqeyd ola bilərmi?

    26.06.2019
Kimdən: 
Ecem
Sual: 
Salam Aleykum, Yoldasim anasına atasına lageyitdir meselen valideynleri birsey istese azarlayir onları uşaq kimi tersdiyir, uşaq vaxti valideynleri sevgi göstermemiş yoldaşıma varlı aile olublar ata pulunu qumarda qadınlarda məhv edib anada o qeder maraqlanmayıb,yoldasimin qelbi qiriqdi onlara qarşı, yenede başa salıram ana ata haqqı var onu tapdalama xeyri yoxdu, həm özüdə olduqca mesuliyetsizdir namazlarina eve ailəye sağlığına herşeye, men ne ede bilerem bu durumda ? özüm hicablı namaz quran ehliyem , 6 ildir onu düzəltməyə çalışdım ama yoruldum,nə edim qəflətdən oyansin
Cavab: 
Və aleykum Salam. Uca Allah ailədə hər kəsin üzərinə haqq və vəzifələr qoymuşdur. Valideynin vəzifəsi övladın qeydinə qalmaq, ona gözəl tərbiyə vermək, dini öyrətmək, ehtiyaclarını ödəmək, vaxtı çatanda evləndirmək və digər şeylərdir. Övladın isə vəzifəsi valideynlərlə gözəl davranmaq, günah olmayan işlərdə onlara itaət etmək, yaşlananda ehtiyaclarını ödəmək və digər şeylərdir. Valideynlərin öz vəzifəsini yerinə yetirməməsi övlada onlara qarşı asi olmağa, onlarla kobud danışmağa və ya laqeyd olmağa haqq vermir, çünki Uca Allah hər kəsi öz əməlinə görə sorğu sual edəcək. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) valideynə asi olmağın Allaha şərik qoşmaqdan sonra ən böyük günah olduğunu bildirmişdir. Rəvayət edilir ki, bir gün Rəsulullah səhabələrindən: "Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" - deyə soruşdu. Səhabələr: "Bəli, ya Rəsulallah!" - deyə cavab verdilər. Rəsulullah dedi: "Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaqdır" - dedi. (Səhih əl-Buxari, 6521). Həmçinin, demişdir: "Zəlil oldu! Zəlil oldu! Zəlil oldu!" Səhabələr: "Kim, ya Rəsulallah?" - deyə soruşduqda, o demişdir: "Valideynləri, yaxud valideynlərindən biri qocalanadək onlarla yaşayıb, sonra da üzlərinə ağ olub Cəhənnəmə girən kimsə". (Ədəbul-Mufrəd, 21). ​​​Daha ətraflı:
Paylaş: