Zöhr namazından əvvəl sünnət namazı bir dəfəyə dörd rükətli, yox iki dəfəyə iki rükətli namazlar kimi qılınır?

    14.05.2019
Kimdən: 
Nala
Sual: 
Salam aleykum Esitdiyime gore eyer bir namaz gilan insan icki icerse onun gildigi namaz 40 gun gebul olaz. Bu hedis dogru ve yalan olmasi hagda mubahisemiz var. amma elimde hec bir degig melumatim yoxdur. Xahish edirem bu Hagda mene yardim edesiniz. Birde Zohur namazinin evvel sunne namazini men 4 rukaat giliam. Esr namazi kimi. Sizin bildiyinize gore men onu duz edirem, yoxsa onu fejir namazi kimi gilmaliyam? Allah razi olsun! Aldigim melumatlarin en dogrusunu sizden aliram! Allah elminize bereketli versin!
Cavab: 
Və aleykum Salam.
1. İçki içənin qıldığı namazın 40 gün qəbul olunmaması hədisi səhihdir. Daha ətraflı: "İçki içənin 40 gün ibadəti qəbul olmaz" hədisi səhihdirmi?
2. Zöhr namazının fərzindən əvvəl iki-iki 4 rükət ratibə sünnəti qılınır. Əsr namazı kimi yox, iki dəfə sübh namazı kimi qılırsınız. Abdullah ibn Səib (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) günəş zenitdən keçdikdən sonra zöhrdən qabaq dörd rükət namaz qılar və belə deyərdi: "Bu, səma qapılarının açıldığı bir vaxtdır. Mən də sevirəm ki, mənim üçün yaxşı əməl Allaha o vaxt yüksəlsin". (Sunən ət-Tirmizi, 478).
Həmçinin demişdir: "Zöhr namazından əvvəl dörd rükət (nafilə namazı) gecə nama­zına bəra­bərdir". (İbn Əbu Şeybə, 5940).
Habelə, Allah Elçisi (Allahın ona və ailləsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kim müntəzəm olaraq Zöhrdən əvvəl və sonra dörd rükət nafilə qılsa, Allah Cəhənnəmi ona haram edər". (ət-Tirmizi, 428). Daha ətraflı: Nafilə və fərz namazları hansılardır?
Paylaş: