Namaz qılmayanı sevmək olarmı?

    30.07.2019
Sual: 
Sevdiyim şəxs namaz qılmırsa onu sevmək olarmı
Cavab: 
Salam aleykum. Sevgi Uca Allahın insanda yaratdığı ən gözəl duyğulardan biridir. Əgər bu duyğu Allahın istədiyi və buyurduğu kimi yönəldilərsə, insanlar arasında ən gözəl əlaqəyə və münasibətə çevrilər. İnsan adətən sevdiyi insanın mənəvi dəyərlərinə üstünlük verir. Ən böyük mənəvi dəyər isə qarşı tərəfin Allaha olan sevgisidir. Namaz qılmaq insanın Allaha olan sevgisinin təzahürüdür. Bu səbəbdən ailə qurarkən və sevərkən qarşı tərəfin dini etiqadı əsas götürülməlidir. Bu xüsusda Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Qadınla dörd şeyə görə evlənirlər: malına görə, əsil-nəcabətinə görə gözəlliyinə görə və dininə görə. Dindar olanı götür, xeyirə çatarsan". (Səhih Muslim, 1466; Səhih əl-Buxari, 5090).
Həmçinin, ola bilsin qarşı tərəfin namaz qılmaması onun dini savadının olmamasından irəli gəlsin. Belə olan təqdirdə qarşı tərəfi namaz qılmağa dəvət edin. Əgər qəbul etsə, onun qıldığı namazların savabından azalmamaq şərtilə sizə də yazılacaq. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: