Niyə Allah insanlara peyğəmbər olaraq mələk göndərmədi?

    15.08.2019
Kimdən: 
Yaşar
Sual: 
Salam əleyküm. Niyə Allah insanlara mələk peyğəmbər göndərmədi? Siz keçən dəfə qeyd etmişdiz ki peyğəmbərlərimiz insan olublar onlar da bizim kimi xəta (günah) ediblər. İnsanlar günah (xəta) edəndirlər və Allah qarşı gəlib və üsyan edirlər. Amma mələklər bildiyiniz kimi nurdan yaranıblar onlar nə günah (xəta) edirlər nə də Allaha qarşı gəlib, üsyan edirlər. Niyə peyğəmbərlərimiz məhz insan oldu ki? Quran bu barədə ayə, hədis varmı? Zəhmət olmasa ətraflı cavab verərdiz?
Cavab: 
Və aleykum Salam. Peyğəmbərlərin günahsız olmaları onların məsum olmalarına görədir. Məsum sözü qorunmuş deməkdir. Yəni, Uca Allah öz peyğəmbərlərini günahlardan daima mühafizə etmişdir. Onlar şeytandan, nəfslərinin şərindən, eləcə də yalan danışmaqdan, əxlaqsızlıqdan və hər cür asilikdən qorunmuşlar. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: "Hər bir insan doğulduqda, onun şeytanı da doğular və insana pislikləri əmr edər. Amma mənim şeytanıma isə Allah Təala müsəlman olmağı əmr etdi". (Hədis səhihdir).
Səhih hədislərdə xəbər verildiyi kimi Muhəmməd peyğəmbərin qəlbi təmizlənmiş, özü də şeytandan qorunmuşdur. Həmçinin oxuyun:
Mələklərin insanlara peyğəmbər olaraq göndərilməmələrinin səbəbinə gəlincə, Uca Allah bu haqda buyurur: "İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirməsinə ancaq: "Allah bir insanımı elçi göndərdi?"– demələri mane oldu. De: "Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik" (əl-İsra, 94-95).
Uca Allah insanlara mərhəmət edərək onlara özlərindən peyğəmbər göndərmişdir, çünki mələk göndərsəydi, insanlar onu anlamaz və dini ondan öyrənə bilməzdilər. Həmçinin oxuyun:
Mələklərin vəzifələri
 
Teqlər: 
Paylaş: