Qaynanamın mənə cadu edəcəyindən qorxuram...

    27.05.2019
Kimdən: 
Allahin qulu
Sual: 
Salam menim qeribe olsada 1 sualim var qaynanam menimle yola getmir men artiq cox pis vezoyyetdeyem onun mene cadu eleyeceyinden ve yaxud elediyinden qorxuram.(yalandan her gun Allah sene şukur deyir...ama cadugar yaninada gedir falciyada gedir faiz kimi haram islerlede mesquldu ve coxda soyus soyen qadindi.davakar soz sobet salan ev yixan.)icimde sixintilar var icim hec huzura dolmur ele hey onun mene eledikleri yadima gelir.ne anam ne atam ne yoldasim meni o insandan qorumur.ve o insan ne bizden uzaq durmaq isteyir nede bizi qoyur uzaqlasaq.men nese ede bilerem onu aglimnan cixarim ueeyim huzura dolsun.O insandan qorxmayim.
Cavab: 
Və aleykum Salam. Qaynana gəlinə pislik etməklə onun haqqına girir və günah qazanır. Belə olan halda qadın fitnə çıxarmadan ərinə vəziyyəti gözəl tərzdə izah edə və ərindən xahiş edə bilər ki, anasına nəsihət etsin. Həmçinin, gəlin də öz növbəsində qanyananasına cavab qaytarmayaraq səbr etməyə çalışmalıdır -- bu halda Allahın izni ilə böyük savab qazanar. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" (Fussilət, 34). 
Qaynananızın sizə cadu etməsinə gəlincə isə siz şəriətdə buyurulmuş qaydada cadudan qorunmağa çalışın. Namazlarda dəqiq olun, Allahı çox zikr edin, hər gün evdə Quran səsləndirin. Həmçinin sözünü eşitdiyi adamların qaynananıza nəsihət etməsi lazımdır ki, cadu etmək böyük günahdır və Cəhənnəm əzabına səbəb ola bilər. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: