Pirə getməyi nəzir edən bu nəziri yerinə yetirməlidirmi?

    27.07.2019
Sual: 
Salam men 3il bundan evel dini ocağa üstüne gedib nezir etim ki menim evladim olsun götürüb qucağıma getirerem ocağa indi menim evladim oldu 5ayligdi men yene hamileyem deyiler hamile qadın ocağa üstüne qebir ustune getmez men ne etmeliyem gedim nezirmi yerine yetirmeliyem yoxsa 2ci uşağ doğulandan sonra getmeliyem ?
Cavab: 
Və aleykum Salam. Nəzir etmək ibadət sayıldığı üçün, bu kimi əməlləri Allahdan başqası üçün, yəni pir, ocaq, ölmüş saleh şəxs və s. üçün etmək ən böyük günah olan şirkdir. Uca Allah ona şərik qoşub tövbə etməyənləri və bu halda dünyadan köçənləri Qiyamət günü bağışlamayacağını və onların əbədi olaraq Cəhənnəmdə qalacaqlarını bildirmişdir: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisa, 116).
"De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm". (əl-Ənam, 162-163).
Həmçinin, arzunun həyata keçəcəyi şərtilə, yəni əvvəlcə işin olmasını gözləyib, iş baş tutduqda nəziri yerinə yetirmək bəyənilmir, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bunu paxılın nəziri adlandırmışdır. Yaxşı olar ki, nəziri yerinə yetirib, sonra arzunun həyata keçməsi üçün dua edəsiniz. Hər bir halda, əgər artıq nəzir deyilibsə, mütləq yerinə yetirilməlidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın." (əl-Buxari, 6696) 
Siz nəzir etdiyiniz şey günah olduğu üçün tövbə edərək onu yerinə yetirməyin, əvəzində başqa saleh əməllər etməyə çalışın. Daha ətraflı:
Şirk nədir?
Pirləri ziyarət etmək doğrudurmu?
Pirə gedib "Allaha şərik qoşmuram" deyənlərə cavab
Niyyət edib qurban kəsmək olarmı?
Paylaş: