Namaz qılmaq istəyirəm, amma tərk edəcəyimdən qorxuram...
Sual:
Menim 31 yashim var amma belkede 60 yashinda 1insanin yashadiqlari qeder pis gunler hershey yashamisham.namaz subay vaxti qilirdim sora aile qurdum yene qildim duzdu arada fasilelere var idi mueyyen sebebler var idi deye.artiq 1ildiki qilmiram ushaqim oldu ondan sora ney iremsede icimden gelmir qilmaq ya fikirleshiremki yene saxlayacam ardicil qila bilmeyecem.allaha qarshi deyilem estahfrullah.ozu yaratdida apardida amma ne qeder edirem bacarmiram hevesim yoxdu.neyniyim nece edimki yeniden bashlayim?elebil gucum yoxdu yada qorxu var icimde yene qilsam saxlayacam deye,allah sizden razi olsun etrafli mene melumat vererdiz.yeniden namaza o maraqi hevesi qaytarardiz.ustumde aqir yuk hiss edirem.
Cavab:
Salam aleykum. Namazı tərk etmək böyük günahdır. Bu hal əksər hallarda insanın düşdüyü mühitdən və imanın zəifliyindən irəli gəlir. Ona görə namaz qılan kəs imanını artıracaq və dinində sabit qalacaq səbəblərdən tutunmalıdır. Bunun üçün Allahı vaxtaşırı zikr etmək, Quran, hədisləri və dini məlumatlar oxumaq, nafilə namazlarını qılmaq, məscidə getmək, mömin insanlarla oturub-durmaq və s. Allaha yaxınlaşdıracaq və şeytandan uzaqlaşdıracaq əməllər etmək lazımdır. Allahın itaətinə qayıdanları isə Allah bağışlayır. Uca Allah buyurur: "Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar". (Məryəm, 59-60). Bu səbəbdən siz namaza başlayın, şeytanın vəsvəsəsinə uymayın. Bilin ki: "Onsuz da namazı tərk edəcəksən, elə isə qılma!" fikri şeytanın hiyləsidir. Çünki o, Allaha and içmişdir ki, insanları Allaha ibadətdən yayındıracaq. Yalnız Allahın ixlaslı qullarından başqa. Bu xüsusda Uca Allah buyurur: "İblis dedi: "Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!" Allah dedi: "Budur haqq! Mən yalnız haqqı deyirəm! Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!" (Sad, 82-85). Daha ətraflı: