Həyatı sıxıntılı olan və ölümü arzulayan kəs nə etməlidir?

    17.07.2019
Kimdən: 
fidan
Sual: 
Salam necəsiz mən bir sual vermək istəyirəm xaiş edirəm kömək edin mənim heçnəyə həvəsim yoxdu yaşaya bilmirəm hey ölüm ağlima gətirirəm ölsəm hər şey düzələcəkmiş kimi gəlir mənə mən nə edim? Çarəsizəm
Cavab: 

Və aleykum Salam. Uca Allah insanı yalnız Ona ibadət etmək üçün yaratmışdır. Allaha ibadət etmək insanın həyatının mənasıdır. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir". (əz-Zariyat, 56-58). 
Belə sıxıntıların yaranma səbəbi Allahdan uzaq düşməkdir. Uca Allah bu xüsusda buyurur: "Kim Mənim Zikrimdən  (Mənə ibadət etməkdən) üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik. O deyəcək: "Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?" Allah deyəcək: "Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!" (Taha, 124-126).
Bunun əksi olaraq kim Allaha üz tutarsa, Ona ibadət edərsə, Uca Allah onu dünya və Axirət sıxıntılarından qurtarar. Uca Allah bu xüsusda buyurur: "Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir". (əl-Maidə, 16).
Bu səbəbdən həyatınızı Allahın dininə uyğun şəkildə qurmağa çalışın və İslam dinini öyrənin. Həmçinin, bilmək lazımdır ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) özünə ölüm arzulamağı qadağan edərək belə demişdir: "Sizdən heç kəs başına gələn müsibətə görə ölüm arzulamasın. Əgər ölümü mütləq arzulamaq istəyərsə, belə desin: Allahım, əgər yaşamaq mənim üçün daha xeyirlidirsə, məni yaşat! Əgər ölüm mənim üçün daha xeyirlidirsə, məni öldür!" (Səhih əl-Buxari, 6351; Səhih Muslim, 2680). Həmçinin oxuyun: 
Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?
Dualarım qəbul olmur deyə yaşamaqdan bezmişəm...
İmanı artırmaq üçün nə etmək lazımdır?
Dəstəmaz almaq qaydası - VİDEO
Namaz qılmaq qaydası - VİDEO

Teqlər: 
Paylaş: