ən-Nəhl surəsi 103 – 104 - cü ayələr
“Biz onların: “Quranı ona bir insan öyrədir!”- dediklərini bilirik. Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir. Allahın ayələrinə inanmayanları, əlbəttə ki, Allah doğru yola yönəltməz və onlar üçün ağrılı-acılı bir əzab vardır”
Abdullah ibn Muslim əl-Hədrəmi (Allah ondan razı olsun) rəvayət edir ki, onların Yəsər və Cəbr adlı Yəmənli olmayan azyaşlı iki köləsi var idi. Onlar Tövrat oxuyardılar və Peyğəmbər - sallallahu aleyhi və səlləm - də hərdən onların yanında oturardı. Ona görə də Qureyş kafirləri: “O, onların yanına (Quranı) öyrənmək üçün gedir”- dedilər və Uca Allah da bu ayəni nazil etdi: “Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir” (ən-Nəhl, 103)”.
ət-Tabəri “Cəmiul-Bəyən” 22073; əl-Beyhəqi “Şuabul-İman” 136; İbn Qani “Mucəmus-Səhabə” 669. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişdir.
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın bu ayəsi: “Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir...” haqında demişdir: “Onlar (müşriklər): “Məhəmmədi r İbn Hədraminin Kitab əhlindən olan qulu öyrədir!”- dedilər və Uca Allah bu ayəi nazil etdi: “Biz onların: “Quranı ona bir insan öyrədir!”- dediklərini bilirik. Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir. Allahın ayələrinə inanmayanları, əlbəttə ki, Allah doğru yola yönəltməz və onlar üçün ağrılı-acılı bir əzab vardır” (ən-Nəhl, 103-104)”.
əl-Hakim, 3363. Şeyx Muqbil həsən olduğunu bildirmişdir.