Peyğəmbərimiz namazda əllərini bağlayaraq sinəsinin üzərinə qoyub?

    04.04.2014
Sual: 
Əssalamu aleykum. Bilmek isterdim ki, Mehemmed peygember namaz qilanda ellerini bağlı şəkildə sinesine qoyub?
Cavab: 

Aleykum salam. Bəli, Muhəmməd (sallallahu aleyhi va səlləm) namaz qılarkən sağ əl, sol əlin üstündə olmaqla, əllərini sinəsinin üzərində tutub. Həmçinin səhabələrinə (Allah onlardan razı olsun) də əmr edərək deyib ki, "məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". 
Həmçinin, hədislərdən birində Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) demişdir: "Biz peyğəmbərlər toplumu Rəbbimiz tərəfindən üç şeyə əmr olunduq. Namazda sağ əlimizi sol əlimizin üstünə qoymaqla sinəmizin üzərində bağlı tutmaq, oruc tutduğumuz zaman sahuru (səhər yeməyini) gecikdirməyə və iftar açdığımız zaman tələsməyə".
Daha ətraflı bu linkdən oxuyun: "Namazda əlləri necə tutmaq lazımdır?"

 

Teqlər: 
Paylaş: