Boynumda cənabət qüslu olarsa, oruc tuta bilərəmmi?
Sual:
Eyer seher imsaka qalxa bilmemisemse cenabetliyemse niyyet eliyib oruc tutmaq olarmi?
Cavab:
Salam aleykum. Cənabət halında namaz qılmaq olmaz, lakin oruc tutmaq olar. Çünki oruc tutmaq üçün cənabət qüslu almaq şərt deyil. Aişə (Allah ondan razı olsun) və Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cənabətli olduğu halda sübh namazının vaxtı daxil olurdu. Namazın vaxtı daxil olandan sonra o qüsl alıb namazını qılar, oruc tutardı. (Səhih əl-Buxari, 1926, Səhih Muslim, 1109). Həmçinin oxuyun:
Orucu pozan amillər hansılardır?
İslam fiqhi: Qüslü vacib edən hallar