Türbəsi Beyləqanda yerləşən Cərcis adlı peyğəmbər həyatda mövcud olmuşdur?
Əbul-Həyyac əl-Əsədi (Allah ondan razı olsun) belə demişdir: "Əlinin (Allah ondan razı olsun) xilafəti dövründə bir gün o mənə belə dedi: "Ey Əbul-Həyyac! Vaxtilə Peyğəmbərin məni vəzifələndirdiyi bir iş ilə indi mən səni vəzifələndirmək istəyirəm. Get və dağıtmadığın bir heykəl (ibadət məqsədilə yaradılan bir büt), yerlə bir etmədiyin hündür bir qəbir buraxma!" (Səhih Muslim, 969; Əbu Davud, 3218).
Bu səhih hədislərdən göründüyü kimi İslam dini kimliyindən asılı olmayaraq qəbirlərin üstündə türbə, məscid və ya hər hansı bir tikili tikməyi qadağan etmişdir. Bu qadağa heç də qəbir sahibinə hörmətsizlik sayılmamalıdır. Çünki məhz İslam dini insana həm sağlığında, həm də ölümündən sonra hörmət edir. Bu qadağa qəbirləri ziyarətə gələnlərin bir müddətdən sonra Allaha şərik qoşmağa meyl etmələrinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, qəbirləri bəzəmək və üzərində türbələr tikmək ilk şirkin (Allaha şərik qoşmağın) meydana gəlməsinə səbəb olmuşdur. Günümüzdə İslam ölkələrinin əksəriyyətində bir çox avam, dindar insanlar bu böyük günaha mübtəla olmuşlar. Onlar qəbirləri tez-tez ziyarət edərək dünyadan ruh aləminə köçmüş, əməlləri kəsilmiş, çağıranı eşitməyən, nə zərər, nə də fayda verə bilən ölülərə dua edir, onların qarşısında zəlil olaraq qurban kəsir, nəzir deyirlər. Halbuki onlar bu ibadətləri yalnız ibadətə layiq, tək və şəriksiz olan Allaha həsr etməlidirlər. Çünki bu, İslamın "lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) kəlməsi ilə ifadə olunan tövhid prinsipidir. Müsəlman namaz qılarkən hər dəfə əl-Fatihə surəsini oxuyanda: "Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik" (əl-Fatihə, 5) - deyir. Bu ayənin mənası odur ki, biz bütün ibadətləri yalnız Allaha aid edirik. Dualarımızda yalnız Allaha üz tuturuq, qurbanı yalnız Allah üçün kəsirik, Uca Allahın bizə əmr etdiyi Kəbəni Ona ibadət məqsədilə təvaf edirik. Uca Allahın buyurduğu kimi: "De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”. De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam?” Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir" (əl-Ənam, 162-164).
Həmçinin, İslam dinində şəriətin icazə verdiyi üç məsciddən başqa yerlərə ziyarət məqsədilə getmək qadağan edilmişdir. Bu üç məscid Məkkədəki Məscidul-Haram, Mədinədəki Peyğəmbər məscidi və Qüdsdəki (Yerusəlimdə yerləşən) Məscidül-Əqsadır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu xüsusda demişdir: "Üç məsciddən başqa heç bir yerə ibadət məqsədi ilə səfər etmək olmaz: bu – Məscidülhəram, Peyğəmbərin məscidi və Məscidül-Əqsadır.” (əl-Buxari, 1189).
Həmçinin oxuyun:
Peyğəmbərlərə iman
Peyğəmbərlərin sayı və onların göndərilməsi arasındakı müddət necə olub?
Şirk necə yaranmışdır?
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?