Dəstəmaz aldıqdan sonra yel çıxmasından şübhələnən yenidən dəstəmaz almalıdırmı?
Sual:
Salam aleykum .artiq neçe vaxtdı ki ,destemaz alıb qutarandan 3-4 deyqe sonra ve yaxud destemaz esnasinda ele bil yel gelir .amma emin olmuram .şubheli şekilde oluram hemiwe .ses ve iy olmur .bele şübheli olanda destemazi yeniden almaq lazimdi?
Cavab:
Və aleykum Salam. Adətən belə hallar şeytanın vəsvəsələrindən irəli gəlir. Vəsvəsələrlə isə mübarizə aparmaq yox, onlara fikir verməmək lazımdır. İslamda "şübhə ilə yəqinlik aradan qalxmaz" deyilən prinsip var. Dəstəmazın pozulmasına tam əmin olmayınca, şübhəyə görə yenidən dəstəmaz almaq lazım deyil. Bu barədə Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasında özündən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər verdikdə o buyurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca, namazdan çıxmasın!" (Səhih əl-Buxari, 137). Lakin, yelin çıxdığına əmin olsanız, iy və səs hiss etməsəniz belə, dəstəmaz pozulmuş sayılır. Həmçinin oxuyun: