Valideynlər kişidən xəstə arvadını boşamağı tələb edirlərsə, onlara itaət etməlidirmi?

    03.07.2019
Sual: 
Salam her vaxtiniz xeyir size bir sualim olacaq men aileli olub bosanmiwam bosanmagimin sebebi ise uzr iteyirem sizden yaxinliq ede bilmirdik yoldasim xeste idi (vaginizm) bir il valideynlerimizden gizletdik bunu sonra soyledik indi ise valideynlerim mene basqa yol gostermediler ya valideynlerim yada yoldasimi secmeliydim mende valideynlerimi secdim indi bosanmaqda men gunahmi etmiwem yoldasimin haqqinami girmiwem xaiw edirem sualimi geniw cavab yazardizda cox xaiw bosanmaq barede dinimiz ne deyib bize ?
Cavab: 

Va aleykum salam. Əgər qadın xəstəlik səbəbindən kişinin haqlarını ödəməyə qadir deyilsə, bu halda kişi istəsə qadını boşaya bilər və buna görə kişi günah qazanmır. Lakin əgər qadına ərindən başqa baxan və ona qulluq edən yoxdursa, bu halda yaxşı olar ki, qadını boşamasın. Dinimiz kişiyə eyni vaxtda dörd qadın ilə evlənməyi icazə verir. Bu qadını saxlamaqla ikinci qadınla evlənə bilər. Uca Allah buyurur: "Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin" (ən-Nisa, 3). 

Boşama məsələsində valideynlərə itaət etməyə  gəlincə, sözsüz ki, valideynlərin haqları böyükdür və onlara itaət etmək Allaha yaxınlaşdıran ən böyük əməllərdən biridir. Lakin əgər qadının dini və əxlaqı yerindədirsə, bu zaman bu məsələdə valideynlərə itaət etmək vacib deyil və bu məsələdə onların sözündən çıxmaq valideynlərin üzünə ağ olmaq sayılmır. Lakin kişi müxtəlif yollarla valideynlərinin könlünü almağa çalışmalı və onlarla əlaqəni kəsməməlidir. Onlara yaxşı baxmalı və digər, şəriətə müxalif olmayan məsələlərdə  onlara itaət etməlidir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095). Uca Allah buyurur: "Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran...". (Loğman, 15). Əgər qadında dini və əxlaqi nöqsanlar olarsa, bu zaman valideynlərə itaət etmək olar. Boşanma barədə dinimizin dediklərini bu sualların cavablarından oxuya bilərsiniz:

Talaq (boşanma)

Ata-ananı incitməyin günahı barədə 

Teqlər: 
Paylaş: