Günah etdikdə namaz qəbul olunur?
Sual:
Salam aleykum. Men namaz qilanam ve chox esebiyem. Xususende evde valideyenlerle bele oluram. Bele edende namazim sehih sayilir yoxsa yox?
Cavab:
Aleykum salam. Əsəbiləşmək namazı pozmur. Qəzəb hissi əksər hallarda şeytandan törənir. Belə olan halda dəstəmaz alıb namaz qılmaq ən gözəl əlac hesab olunur. Rəvayət edildiyinə görə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) rahatsız olanda namaz qılmağa üz tutardı.