Namaz qılmadığım halda cadudan qorunmaq üçün dualar oxuya bilərəmmi?
Sual:
Salam men hiss edirem ki mene cadu edibler elçi gelenleri geri cevirirem beyenmirem ve herkes menen uzaqlawir bunun için ne eşe bilerem ozume qapaniram men namaz qilmiram cadudan qorunma duaları oxuya bilerem xaiw edirem cavab yazin
Cavab:
Və aleykum Salam. Namaz qılmadığınız halda cadudan qorunmaq üçün zikr və dualar oxuya bilərsiniz. Lakin bilin ki, cadudan qorunmağın əsas yollarından biri də Uca Allaha ibadət edib Onun vacib buyurduqlarını əməl etmək və qadağalarından çəkinməkdir. Uca Allah buyurur: "İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!”" (Sad, 82-83). Uca Allah bildirir ki, şeytandan qorunmağın yeganə yolu Allaha sığınmaq və Ondan yardım istəməkdir. Uca Allah buyurur: "Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, hər şeyi eşidəndir, hər şeyi biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər." (əl-Əraf, 200-201). İnsan yalnız Allaha ibadət etməklə Ona tam sığınma bilər. Şeytan Allaha yaxın olan insanlara heç vaxt bata bilmir. Şeytan əsasən Allahdan uzaq düşən və Allaha asi olan qullara təsir edə bilir. Bu səbəbdən siz tez bir zamanda namaza başlamağı tövsiyə edirik. Çünki namaz qılmamaq özü bir günahdır və Allahın əmrinə qarşı çıxmaqdır. Ona görə də ilk növbədə namaza başlayın, eləcə də Allahın digər əmrlərini yerinə yetirin və qadağan etdiyi şeylərdən çəkinin. Hər bir fərz namazından sonra əl-İxlas, əl-Fələq, ən-Nas surələrini və Ayətul-Kursini oxuyun. Həmçinin, Allahı çox zikr edin, Quran oxuyun və evdə yüksək səslə oxudun, ruqya (Quranla müalicə) etdirin və digər şəriətin icazə verdiyi vasitələrdən istifadə edin. Daha ətraflı məlumat almaq üçün bu linkləri oxuyun: