Ehtiras zamanı övrətdən gələn rəngsiz maye (məzi) orucu batil edirmi?
Va alaeykum salam. Ehtiraslanan zaman övrət yerinin nəmlənməsi orucu pozmur. Ehtiraslanan zaman övrətdən çıxan rəngsiz mayeyə "məzi" deyilir. Məzi spermadan əvvəl gəlir və az miqdarda şirəli rəngsiz mayedir. Məzinin çıxması orucu pozmur və buna görə qüsül etmək də lazım gəlmir. İnsan oruclu olarkən ehtiras gətirən şeylərdən uzaq durmalıdır.
Spermaya isə "məni" deyilir. Sperma qatı, çox miqdarda, sürətlə çıxan mayedir. Bu maye bir növ xəmir iyi verir. Sperma çıxdıqdan sonra insan boşalır və ehtirası sona çatır. Spermanın çıxması isə orucu pozur və bundan sonra qüsül etmək vacib olur. Əgər Ramazan ayında insan bilərəkdən sperma ifraz edərsə, bu əməlinə görə tövbə etməli, o günün orucunu isə başqa günlərdə qəza etməlidir. Həmçinin, bu sualların cavablarına qayıda bilərsiniz:
Cinsiyyət orqanından ifraz olunan rəngsiz maye qüslu və orucu pozurmu?
Murdar şeylərdən təmizlənməyin üsulları