İmtahana hazırlaşdığım üçün namaz qılmaya bilərəmmi?
Va aleykum salam. Namaz elə bir ibadətdir ki, ağlı başında olan hər bir mükəlləf müsəlman bu ibadəti yerinə yetirməlidir və bu ibadətin vacibliyi onun üzərindən düşmür. Namaz qılmaq heç də insanın vaxtını almır. Ən uzun namaz dörd rəkətli namazlardır ki, bu namaz cəmi 6-7 dəqiqə çəkir. Beş vaxt namazı cəm etsək ən çox yarım saat çəkəcək. Gün ərzində 24 saatın yarım saatını Allah üçün ayırmaq heç də çox deyil. Buna görə də namaz qılmağın imtahanlara hazırlaşmağa mane olacağını demək düzgün deyil. Əksinə, imtahana hazırlaşan insanın Allahın yardımına və müvəffəqiyyətinə ehtiyacı var. Bu yardıma isə namazla nail olmaq olar. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!" (əl-Bəqərə, 153). Ramazan bayramında isə "Bayram namazı" qılınır. Bu namaz camaatla məscidlərdə qılınır. Uca Allahdan sizə işlərinizdə müvəffəqiyyət arzulayırıq! Həmçinin, bu sualların cavablarına qayıda bilərsiniz:
Namaz qılmaq qaydası - VİDEO
Namaz qılmadan Cənnətə girmək olarmı?
İKİ BAYRAM NAMAZI