Quranda Adəm və Həvvanın adı keçirmi?

    30.06.2019
Sual: 
Salam mənim bir sualım var. Dayım mənə bir sual verdi ama mən cavab verə bilmədim siz bilərsiz inşəAllah.Dediki Quran da adəmə insan deyilsədə Həvvaya insan deyilmir nəyə görə ?həqiqətən belə bir şey varmı ?xaiş edirəm açıqlayın.çox sağolun
Cavab: 

Va aleykum salam. Uca Allah Quranda Adəmi (Ona salam olsun) adı ilə zikr etmişdir. Onun zövcəsi Həvvanın isə adı Quranda zikr olunmayıb. Uca Allah Quranda bir neçə yerdə "Adəmin zövcəsi" deyərək Həvvaya işarə etmişdir.  Uca Allah buyurur: "Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız". (əl-Bəqərə, 35). Başqa bir ayədə buyurur: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir". (ən-Nisa, 1). Həvvanın adı hədislərdə keçmişdir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəm­bər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Əgər İsrail oğulları olmasaydı[1], ət xarab olmazdı, və əgər Həvva olmasaydı[2], heç bir qadın ərinə xəyanət etməzdi". (Səhih əl-Buxari, 3330). Bütün insanlar Adəm və Həvvadan törənmişlər. Bu səbəbdən Adəm və Həvva bütün insanların ata və anası sayılır. Həmçinin, bu sualların cavablarına qayıda bilərsiniz:
Adəmin yaradılması
İnsanın yaradılışı


[1] Vaxtı ilə Allah İsrail oğullarına buyurmuşdur ki, yemək hazırladıqda ancaq təzə ətdən istifadə etsinlər. Lakin onlar buna məhəl qoymayıb əti saxlamağa başladılar.

[2] Bəşəriyyətin anası sayılan Həvva Cənnətdə ikən Adəmi dilə tutub onu qadağan olmuş ağacın meyvəsindən dərməyə təşviq etmiş, beləliklə də, ona xəyanət etmişdir.

Teqlər: 
Paylaş: