Müalicə olunanda namaz qılmamaq olarmı?

    25.06.2019
Sual: 
Salam mən manaz qılanam ama ki bir aylığ müalicə götürmüşəm dərman atıram bu halda namaz qılmağ olar ya yox xaiş edirəm cavab verərdiz
Cavab: 

Va aleykum salam. Namaz elə bir ibadətdir ki, insanın ağlı başında olduğu müddətcə namazı tərk etməməlidir. Yalnız huşsuz vəziyyətdə olan insanın üzərindən namazın vacibliyi düşür. Bu səbəbdən müalicə götürmək namazın vacibliyini düşürmür. Lakin dinimiz asanlığı əmr edir. Bu səbəbdən müəyyən güzəştlər qoymuşdur. Əgər ayaq üstə qıla bilməsəniz, o zaman oturaq halda, oturaq halda qıla bilməsəniz uzanan halda qıla bilərsiniz. Bu zaman qibləyə çevrilmək də vacib olmur. Əlavə məlumat üçün bu sualların cavablarına baxin: 

  1. Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

  2. Xəstə olarkən oturaraq və ya uzanaraq namaz necə qılınır?

  3. Təyəmmüm etməyin qaydası

Paylaş: