Yuxulu olduğum hallarda qəza etdiyim namazların sayını unutmuşam, nə edim?

    25.06.2019
Kimdən: 
Dəniz
Sual: 
Salam namazimi ilk vaxtlarda duzgun vaxtda qilirdim indide eledi amma yuxulu oldugum zamanlarda ozumden asili olmadigim hallarda qila bilmemisem.İndide qezalarim var amma sayini bilmirem.Men ne ede bilerem,xais eliyirem cavablayin
Cavab: 

Aleykum salam. Üzürsüz yerə namazları qəza emək böyük günahdır. Üzürsüz səbəbdən və səhlənkarlıqdan buraxılan namazları qəza etmək olmur. Buna görə Allahdan bağışlanma diləmək (tövbə etmək) və nafilə namazları çoxaltmaq lazımdır. Lakin əgər namaz üzürlü səbəbdən buraxılıbsa, bu namazları dərhal qəza etmək lazımdır. Üzürlü səbəb dedikdə namaza yatıb qalmaq və ya namazı unutmaq nəzərdə tutulur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Yatmaq səhlənkarlıq deyildir, səhlənkarlıq namazı o biri namazın vaxtı girənədək qılmamaqdır. Kimin başına belə gəlsə, onu xatırladıqda qılsın. O biri gün isə namazı öz vaxtında qılsın". (Muslim, 681). Əgər buraxdığınız namazlar səhlənkarlıqdan olubsa, bu namazlara görə tövbə edin. Nafilə namazları çoxaldın. Əgər üzürlü səbəbdən olubsa, o zaman dərhal qılmalı idiniz. Amma bilmədiyinizə görə üzürlü sayılırsınız. Belə olan təqdirdə buraxdığın namazları təxmin edin və qəzasını qılın. Ən doğrusunu Allah bilir. Əlavə olaraq bu sualların cavablarına baxın:

Tövbə etsəm, Allah məni bağışlayarmı?
Hansı hallarda namazları qəzaya saxlamaq olar?
İmanı artırmaq üçün səbəblər
Namazları qəsdən qəza etməyin günahı nədir?

Paylaş: