Hansı hallarda namazları qəzaya saxlamaq olar?
Aleykum salam. Bilmədən yatıb qalmaq, huşunu itirmək və digər üzrlü hallar istisna olmaqla namazı qəsdən buraxmaq böyük günahlardandır. Uca Allah buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
"Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar". (əl-Məun, 4-5).
İbn Məsud, Əbu Səid əl Xudri, Cabirdən (Allah onlardan razı olsun) gələn xəbərlərə görə: "Müşriklər xəndək savaşında dörd vaxt namaz qılmaqdan bizi məşğul etdi. Nəhayət gecənin bir vaxtında Rəsulullah (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) Bilala (Allah ondan razı olsun) azan verməsini əmr etdi. Bilal (Allah ondan razı olsun) azan oxudu və iqamə gətirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) zöhr namazını qıldırdı. Sonra Bilal (Allah ondan razı olsun) yenə iqamə gətirdi və Rəsulullah (salləllahu aleyhi və səlləm) əsr namazını qıldırdı. Sonra Bilal (Allah ondan razı olsun) təkrar iqamə gətirdi, Rəsulullah (salləllahu aleyhi və səlləm) məğribi qıldırdı. Sonra Bilal (Allah ondan razı olsun) yenə də iqamə gətirdi, Rəsulullah (salləllahu aleyhi və səlləm) işa namazını qıldırdı". (ət-Tirmizi; ən-Nəsəi; Əhməd).
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) ən fəziləti əməl hansıdır deyə soruşulduğunda, O: "vaxtında qılınan namazdır" - deyə cavab vermişdir. (əl-Buxari,2782; Muslim 85). Həmçinin oxuyun:
Namazları qəzaya saxlamaq günahdır?
Namazı qəsdən qəza etməyin günahı nədir?
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Qəzaya qalan namazlara necə niyyət edilir?