Qəzaya qalan namazlara necə niyyət edilir?

    30.01.2014
Sual: 
Salam Aleykum. İnsanin ele vaxtlari olur namaz qillmir borc namazlari qilan insanin boynunda sonra o borc namazlarin qilarken nece niyyet edilmeli?
Cavab: 

Aleykum salam. Əvvala bilmək lazımdır ki, islamda borc namazı deyilən bir anlayış yoxdur. Ola bilər ki, sizin qəsd etdiyiniz qəza namazlarıdır. Niyyət adi namazlarda olduğu kimidir. Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Əməllər ancaq niyyətlərəə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...". Ona görə də niyyət təkcə namaza yox, bütün əməllərə aiddir. Elə bir əməl yoxdur ki, həmin əməli etməkdə insanın niyyəti olmasın. Peyğəmbər (salləllahu aleyhi va səlləm) heç bir ibadətdə niyyətini söyləməmişdir. Niyyəti dilə gətirmək Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) sonra dinə gətirilən yenilikdir. Buna dində bidət deyilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bizim bu dinimizə onda olmayan bir şeyi icad edərsə, o qəbul olunmayacaq".
Səhlənkarlıq ucbatından edilən qəzalar isə qılınmır. Onlara sadəcə kamil şəkildə tövbə etmək lazımdır. Bir səmimi və kamil tövbə, insanın bütün keçmiş günahlarının Uca Allahın izniylə bağışlanmasına səbəb olur. Ümumi olaraq tövbənin aşağıdakı şərtləri vardır:
1. Etdiyin günahı Allahın qarşısında səmimi etiraf etmək.
2. Həmin əməldən dərin peşmançılıq çəkmək.
3. Bir daha həmin əmələ qayıtmamağa qəti qərar vermək.
Həmçinin nəzərinizə çatdırım ki, Uca Allah qullarına qarşı Mərhəmətli, Rəhmli və bağışlayandır. Əgər bəndə tövbənin şərtlərinə əməl edərsə, Allah onu bağışlayar. Yaxşı olar ki, Tövbə etsəm, Allah məni bağışlayarmı? məqaləsini oxuyasınız.

Teqlər: 
Paylaş: