Qadın müəllimə oğlan uşaqlarına neçənci sinifə qədər dərs keçə bilər?

    03.09.2019
Sual: 
Salam Aleykum, qadın müəllimə neçənci sinifə qədər oğlan şagirdlərə dərs keçə bilər?
Cavab: 

 Va aleykum salam. Şəriətə görə qadın müəllimə qadınların məhrəm yerlərini hələ anlamayan oğlan uşaqlarına dərs deyə bilər. Bu isə təqribən ibtidai sinif şagirdlərinin yaş həddinə uyğun gəlir. Qadın müəllimənin ibtidai sinifdən, yəni 4-ci sinifdən yuxarı olan oğlan şagirdlərinə dərs deməsi düzgün deyil. Uca Allah Quranda buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər (əl və üz) istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, ..... yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər" (ən-Nur, 31).

Həmçinin oxuyun:

Qadın kişi müəllimindən dərs ala bilərmi?

Qadının hansı halalrda işləməsi icazəlidir?

Teqlər: 
Paylaş: