İnsanın əl cizgilərinə baxmaqla onun gələcəyini bilmək olurmu?

    15.08.2019
Sual: 
Axsaminiz xeyir...menim sualim budu yolda izde girursen qaracilar insanlarin ellerin icine baxarak insanlarin gecmisi gekeceyi haqda deyirler bu ne qeder duz olma ehtimali var yeni bir insan hansisa insanin geleceyi haqda nese deye biler ya da nese bile biler
Cavab: 

Salam aleykum. Gələcəyi Allahdan başqa heç kəs bilməz. Çünki, gələcəkdə baş verəcək şeylər qeyb elminə aiddir. Qeybi bildiyini iddia edənlər isə açıq-aydın Allaha iftira yaxan yalançılardır. Uca Allah bu xüsusda buyurur: "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər" (ən-Nəml, 65).

Həmçinin, Uca Allah öz peyğəmbərinə (sallallahu aleyhi və səlləm) xitab edərək buyurur: "De: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm"" (əl-Əraf, 188).

Əgər Adəm övladının ağası və peyğəmbərlərin sonuncusu Muhəmməd peyğəmbər qeybi bilmirdisə, onda başqa insanlar qeybi necə bilərlər? Uca Allah qeyb elmindən bəzi şeyləri möcüzə və peyəmbərlik əlaməti olaraq bəzi peyğəmbərlərinə bildirmişdir. Uca Allah bu xüsusda buyurur: "O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz. Yalnız razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur ki, hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır" (əl-Cinn, 26-28).

Lakin bu, yalnız peyğəmbərlərə aiddir. Bildiyimiz kimi Muhəmməd sonuncu peyğəmbərdir və ondan sonra peyğəmbər olmayacaq. Uca Allah buyurur: "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur." (əl-Əhzab, 40).

Muhəmməd peyğəmbərin vəfatı ilə peyğəmbərlik sona yetmiş və qeyb elmindən verilən məlumatlar dayandırılmışdır. Həmçinin oxuyun:

Falçıya inanmaq və cadu etdirmək nə dərəcədə günahdır?
Elə belə fala baxmaq günahdır?

Bürclərə inanmaq doğrudur?
 

Paylaş: