Camaat namazı qılarkən imam səcdədə dua edə bilərmi?

    21.08.2019
Sual: 
Salamaleykum. Camaat namazı qılarken imam duran şexs secdede dua ede bilermi?
Cavab: 

Va aleykum Salam. Həm imam, həm də imama tabe olanlar səcdədə dua edə bilərlər. Səcdə halında bəndə Allaha daha yaxın olur. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziy­­yə­ti­dir. Odur ki, (səcdədə) duaları çoxaldın!" (Səhih Muslim, 482). 
Lakin, imam duran şəxs namazda ona tabe olanların halını nəzərə almalıdır və bu səbəbdən səcdəni çox uzatmamalıdır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizlərdən biri insanlara namaz qıldırarkən, namazı çox uzatmasın. Çünki insanlar arasında zəif, xəstə və yaşlılar ola bilər. Tək qıldıqda isə istədiyi kimi uzatsın". (Səhih əl-Buxari, 703; Səhih Muslim, 467). Həmçinin oxuyun:
Duanın qəbul olan vaxtları və məqamları hansılardır?
Səcdədə dua etmək olar?

Teqlər: 
Paylaş: